"Qarabağ" Fransanın "Red Star" klubunda icarə əsasında çıxış edən kot d İvuarlı futbolçu Mussa Quellə maraqlanır. Matc.az xəbər verir ki, "köhlən atlar" 23 yaşlı hücumçunun çıxışını yaxından izləyir.
 
Müqavilə ilə "Valensyen"ə məxsus olan forvard bu mövsüm 23 oyunda 2 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. İddiaya görə, danışıqlar müsbət nəticələnəcəyi halda, gənc oyunçu Ağdam klubuna keçəcək.
 
Qeyd edək ki, Mussa Quel daha əvvəl Fransanın "Loryen" və "Keviyi Ruan" komandalarında da çıxış edib. report.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest