Şotlandiyanın "Reyncers" klubu Ukraynaya maddi yardım edəcək. Matc.az xəbər verir ki, klubun rəhbərliyi, məşqçiləri və futbolçuları mart ayının maaşının bir hissəsini – 72 min funt sterlinqi müharibədən zərər çəkən şəxslərə ayırıb. Bundan başqa, klubun xeyriyyə fondundan əlavə olaraq 15 min funt yardım ediləcək.
 
"Reyncers"in baş məşqçisi Covanni van Bronkhorst məsələ ilə bağlı belə deyib:
 
"Münaqişə insanlara böyük zərbə vurur. Onlar yaxınlarını itirir, evlərindən qaçaraq təhlükəsiz yerə köçür. ümik edirik ki, maaşlarımızın bir hissəsini onlara ayırmaqla bu insanlara yardım üçün göstərilən səylərdə az da olsa, rol oynaya biləcəyik".
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest