Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Matc.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.

Türk dünyasının gözü İstanbulda idi. Burada "Qalatasaray" "Barselona"nı qəbul edib. "Kamp Nou"da qeydə alınan qolsuz bərabərlikdən sonra "sarı-qırmızılı" tərəfdarların möcüzəyə inamı artmışdı. Amma cavab görüşündə qələbəni İspaniya təmsilçisi bayram edib.

İlk oyunda 5 qolun vurulduğu "Bayer" – "Atalanta" matçının "ikinci hissə"si də bolqollu gözlənilirdi. Lakin İtaliya klubu səfərdə minimal hesabla qalib gəlib və növbəti mərhələyə vəsiqəni təmin edib.

Gecənin maraqlı oyunlarından biri Fransada Lion "Olimpik"i ilə "Portu" arasında olub. Bu komandaların ilk duelindən Pireney təmsilçisi minimalhesablı məğlubiyyətlə ayrılmışdı. Cavab görüşündə isə heç-heçə qeydə alınıb və bu nəticə fransızları növbəti mərhələyə daşıyıb.

Bu mərhələnin bir oyunu keçirilməyib. Belə ki, Ukrayna – Rusiya münasibətlərinə görə "Spartak" avrokuboklardan kənarlaşdırıldığı üçün onların rəqibi Almaniya "Leyptsiq"i birbaşa 1/4 finala adlayıb.

Avropa Liqası
1/8 finalın cavab oyunları
17 mart

Bayer (Almaniya) – Atalanta (İtaliya) 0:1
Qol: Boqa, 90+1.
İlk oyun – 2:3

Qalatasaray (Türkiyə) – Barselona (İspaniya) 1:2
Qol: Markao, 28 – Pedri, 37. Obameyanq, 50.
İlk oyun – 0:0

Monako (Fransa) – Braqa (Portuqaliya) 1:1
Qol: Disasi, 90+1 – A.Ruis, 20.
İlk oyun – 0:2

Srvena Zvezda (Serbiya) – Reyncers (Şotlandiya) 2:1
Qol: İvaniç, 10. Ben, 90+3-pen – Kent, 56.
İlk oyun – 0:3

Olimpik (Lion, Fransa) – Portu (Portuqaliya) 1:1
Qol: Dembele, 13 – Pepe, 27.
İlk oyun – 1:0

Ayntraxt (Almaniya) – Betis (İspaniya) 1:1
Qol: Hinteregger, 120+1 – B.İqlesias, 90.
İlk oyun – 2:1

Vest Hem (İngiltərə) – Sevilya (İspaniya) 2:0
Qol: Souçek, 39. Yarmolenko, 112.
İlk oyun – 0:1

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest