Bu gün Avropa Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılıb. Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq cütlüklər müəyyənləşib.
 
Cari mövsümün son püşkatmasında komandalar səbətlərə bölünməmişdi. Bu üzdən eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilərdilər.
 
Püşk nəticəsində "Leypsiq" "Atalanta"ya, "Ayntraxt" "Barselona"ya, "Vest Hem" Lion "Olimpik"inə, "Braqa" isə "Reyncers"ə rəqib olub.
 
1/4 finalın matçları aprelin 7-də və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final matçı isə mayın 18-də, İspaniyanın Sevilya şəhərindəki "Roman Sançes-Pisxuan" stadionunda keçiriləcək.
 
Avropa Liqası
1/4 final
 
1. Leypsiq (Almaniya) - Atalanta (İtaliya)
2. Ayntraxt (Almaniya) - Barselona (İspaniya)
3. Vest Hem (İngiltərə) - Olimpik (Lion, Fransa)
4. Braqa (Portuqaliya) - Reyncers (Şotlandiya)
 
Yarımfinal
 
1. 1-ci cütün qalibi - 4-cü cütün qalibi
2. 3-cü cütün qalibi - 2-ci cütün qalibi
 
Final
 
2-ci yarımfinal cütünün qalibi - 1-ci yarımfinal cütünün qalibi

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest