İdman Arbitraj Məhkəməsi (CAS) FİFA-nın Rusiya milli komandalarına və klublarına qoyduğu qadağaları qüvvədə saxlayıb. Matc.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Rusiyanı təmsil edən milli komandalar və klublar qitə futbol qurumunun bayrağı altında keçirilən turnirlərdə iştirak edə bilməyəcəklər.
 
Məhkəmə Rusiya Futbol İttifaqının işə baxılması üçün sürətləndirilmiş prosedur istəyini də rədd edib.
 
CAS daha əvvəl Rusiya Futbol İttifaqının UEFA-nın analoji qərarından verdiyi apellyasiya şikayətini təmin etməmişdi.
 
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest