"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi"nin yaranmasının 85 illiyi münasibəti ilə paylaşım edib.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi"nin yaranmasının 85 illiyi münasibəti ilə paylaşım edib. Matc.az xəbər verir ki, o, kapitanı olduğu "Neftçi"nin forması ilə çempionlar Liqasının 2-ci təsnifat mərhələsində 2005-ci ildə keçirilən "Anderlext"lə oyunundan (1:0) şəklini paylaşıb.
 
O, şəkillə yanaşı "Neftçi"-85″ sözlərini yazıb. Paylaşım vaxtı "Neftçi"nin yaranma ili ilə əlaqədar simvolik olaraq saat 19:37 seçilib.
 
Xatırladaq ki, Sadıqov futbolçu karyerası ərzində 2001-2002, 2003-2005 və 2006-2008-ci illərdə "Neftçi"də çıxış edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest