Almaniyanın "Bayern" komandasının qapıçısı Manuel Noyer yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, 36 yaşlı qolkiper buna Bundesliqanın 27-ci turunda evdə "Union Berlin" komandasına 4:0 hesabı qalib gəldikləri görüşdə nail olub.
 
O, yerli çempionatda 311-ci qələbəsini qazanıb və Münhen təmsilçisinin sabiq qapıçısı Oliver Kanı (310) geridə qoyub. Bu nəticəni əldə etmək üçün Noyerə 460, Kana isə 557 qarşılaşma lazım olub.
 
Noyer 2006-cı ildən Bundesliqada çıxış edir. Almaniya millisinin üzvü "Bayern"ə 2011-ci ildə "Şalke"dən gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest