Futbol üzrə Azərbaycan milli komandasının heyətinə daha bir oyunçu dəvət olunub. Matc.az xəbər verir ki, "Qarabağ"ın hücumçusu Rüstəm Əhmədzadə milli komandanın təlim-məşq toplanışında iştirak edəcək.
 
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Maraqlıdır ki, AFFA ötən gün Rüstəmin U-21 yığmamızın toplanışına dəvət aldığını açıqlamışdı. Lakin sonradan gənc futbolçunun əsas milliyə cəlb olunması qərara alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest