Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb. Matc.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Avstriya oyununun hakim-inspektoru olacaq.
 
Sözügedən qarşılaşma martın 25-də Xorvatiyanın Varazdin şəhərindəki Varteks stadionunda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest