Futbol üzrə Malta və Azərbaycan yığmaları arasında keçiriləcək yoxlama oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, hər iki tədbir sabah keçiriləcək.
 
Qeyd edək ki, Malta – Azərbaycan matçı martın 25-də Maltadakı "National Stadium"da keçiriləcək.
 
24 mart
 
Malta milli komandası
Saat 15:00. Mətbuat konfransı
Saat 16:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Azərbaycan milli komandası
Saat 17:30. Mətbuat konfransı
Saat 18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Tədbirlərin saatı yerli vaxtla göstərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest