25 Mart 2022, 09:52
DÇ-2026
"Bu zərbəni dəqiq yerinə yetirsəydim, hesab bərabərləşəcəkdi. Yenilməyimizin səbəbi 3 və ya 4 müdafiəçi ilə oynamağımız yox, penaltini vura bilməməyimdir"
Fransanın "Lill" komandasının hücumçusu Burak Yılmaz Türkiyə millisi ilə vidalaşdığını açıqlayıb. Matc.az xəbər verir ki, bunu "ay-ulduzlular"ın kapitanı Portuqaliyaya 1:3 hesabı ilə uduzduqları Dç-2022-nin pley-off mərhələsinin yarımfinal oyunundan sonra mətbuat konfransında deyib.
37 yaşlı forvard 85-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilmədiyi üçün məğlub olduqlarını söyləyib: "Bu, milli forma ilə son oyunum oldu. üzərimə düşən işi yerinə yetirə bilmədiyim üçün üzr istəyirəm. Hər gecə beynimdə bu penaltini vuraraq yatacağam. Bu zərbəni dəqiq yerinə yetirsəydim, hesab bərabərləşəcəkdi. Yenilməyimizin səbəbi 3 və ya 4 müdafiəçi ilə oynamağımız yox, penaltini vura bilməməyimdir".