"Mançester Siti" klubu "Lill"dən yarımmüdafiəçi Əyyub Buaddinin transferini rəsmən elan edib.
Matc.az xəbər verir ki, bu barədə Mançester təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Futbolçu ilə 5 illik müqavilə imzalanıb və bu razılaşma beynəlxalq transfer icazəsi alındıqdan sonra rəsmən qüvvəyə minəcək.
"Mançester Siti" və "Lill" klublarının bu keçid üçün 95 milyon avro sabit məbləğ, həmçinin potensial bonuslar şəklində əlavə 5 milyon avro qarşılığında razılığa gəldikləri bildirilir.
Təcrübəli yarımmüdafiəçi geridə qalan mövsümdə Fransa klubunun heyətində bütün turnirlərdə ümumilikdə 42 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Oyunçunun "Lill" ilə müqavilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulmuşdu. "Transfermarkt" portalında futbolçunun hazırkı dəyəri 80 milyon avro təşkil edir.













