Çempionlar Liqası turnirində Liqa mərhələsinə yüksələn təmsilçimizin hesabına ən azı 18,62 milyon avro maliyyə vəsaiti daxil olacaq.

"Sabah" klubu büdcəsini zənginləşdirib.

Matc.az xəbər verir ki, Çempionlar Liqası turnirində Liqa mərhələsinə yüksələn təmsilçimizin hesabına ən azı 18,62 milyon avro (təxminən 36 milyon 500 min manat) maliyyə vəsaiti daxil olacaq.

UEFA-nın yeni maliyyə şərtlərinə əsasən, əsas mərhələdə iştirak edəcək 36 klubun hər birinə ilkin olaraq bu sabit məbləğ ödənilir.

Bununla belə, klubun ümumi qazancı teleyayım haqları, klub reytinqi ("Value Pillar") və digər əlavə bonuslar (məsələn, turnirdəki hər 1 qələbəyə görə 2,1 milyon avro, heç-heçəyə görə isə 700 min avro) hesabına 20 milyon avronu ötə bilər.

Qeyd edək ki, bu, Masazır təmsilçisinin klub tarixində əldə etdiyi rekord maliyyə qazancıdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest