UEFA Çempionlar Liqasında 2026/2027-ci illər mövsümünün Liqa mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Turnirin final mərhələsində ümumilikdə 36 komanda mübarizə aparacaq. Bu klublardan 29-u birbaşa vəsiqə qazandığı halda, qalan 7 yeri təsnifat mərhələsini uğurla başa vuran komandalar tutub.
Son 4 vəsiqə isə "Fənərbaxça", AEK, "Vikinq" və "Slovan" klublarına nəsib olub.
Çempionlar Liqasının ümumi mərhələsinə yüksələn komandaların tam siyahısı aşağıdakı kimidir:
"Arsenal", "Mançester Siti", "Mançester Yunayted", "Aston Villa", "Liverpul" (hamısı İngiltərə), "Barselona", "Real" (Madrid), "Vilyarreal", "Atletiko" (Madrid), "Betis" (hamısı İspaniya), "İnter", "Napoli", "Roma", "Komo" (hamısı İtaliya), "Bavariya", "Borussiya" (Dortmund), "Leypziq", "Ştutqart" (hamısı Almaniya), PSJ, "Lans", "Lill" (hamısı Fransa), PSV, "Feyenoord" (hər ikisi Niderland), "Portu", "Sportinq" (hər ikisi Portuqaliya), "Qalatasaray", "Fənərbaxça" (hər ikisi Türkiyə), "Budo-Qlimt", "Vikinq" (hər ikisi Norveç), "Brügge" (Belçika), "Slaviya" (Çexiya), "Şaxtyor" (Ukrayna), "Sabah" (Azərbaycan), LASK (Avstriya), AEK (Yunanıstan), "Slovan" (Slovakiya).













