Futbol üzrə Argentina millisi Dç-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Argentina millisi evdə Venesuela ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib. Bu, Argentinanın ardıcıl 3-cü qələbəsi olub.
 
Argentina yığmasında Qonzales, Di Mariya və Lionel Messi fərqlənib.
 
Bu qələbə ilə xallarını 38-ə yüksəldən Argentina millisi turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Venesuela 10 xalla 10-cudur. Turnir cədvəlinə 42 xalla Braziliya millisi başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest