2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsində iştirak edəcək daha bir milli komandanın adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, Kanada millisi də Dç-2022-yə vəsiqəni təmin edib.
 
Kanada buna Şimali və Mərkəzi Amerika, Karib hövzəsi (CONCACAF) komandaları arasında seçmə mərhələnin 13-cü turunda Yamaykaya qalib gəlməklə (4:0) nail olub. Kanada millisi xallarının sayını 28-ə çatdırıb və Dç-2022-yə vəsiqəni təmin edib.
 
Dünya çempionatı 21 noyabr-18 dekabrda keçiriləcək. Daha öncə Qətər, Almaniya, Danimarka, Braziliya, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə, Niderland, Argentina, İran, Cənubi Koreya, Yaponiya, Səudiyyə Ərəbistanı, Ekvador və Uruqvay da final mərhələsinə vəsiqə əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest