"Yuventus" yayda "Real"ın futbolçusu Marko Asensio ilə müqavilə imzalamağa çalışacaq. Matc.az "Defensa Central"-a istinadən xəbər verir ki, Turin təmsilçisi 26 yaşlı futbolçuya klubu tərk edəcəyi gözlənilən Paulo Dibalanın əvəzləyicisi gözüylə baxır.
 
Turin klubu ispaniyalı vingerə illik 7 milyon avro ödəməyə hazırdır.
 
Asensionun "Real"la müqaviləsi gələn ilin yayında başa çatacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest