Futbol üzrə Portuqaliya millisi Dç-2022-nin final mərhələsinə yüksəlib. Matc.az xəbər verir ki, həlledici pley-off oyununda portuqallar Şimali Makedoniya yığmasına qalib gəlib - 2:0.
 
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo 10-cu dəfə böyük beynəlxalq turnirdə çıxış edəcək.
 
37 yaşlı portuqaliyalı futbolçu 2004-cü ildən indiyədək bir dəfə də olsun dünya və ya Avropa çempionatını buraxmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest