Futbol üzrə Xorvatiya çempionatında 29-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Draqovolyaç" ilə qarşılaşıb. Futbolçumuzun komandası oyundan 2:0 hesablı qələbəsi ilə ayrılıb.
 
Mahir də bu görüşün iştirakçısı olub. O, 70-ci dəqiqədə meydana buraxılıb.
 
Bu nəticədən sonra xalını 60-a çatdıran "Dinamo" vahid liderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest