Futbol üzrə İtaliya A Seriyasında 31-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.
 
"Fiorentina" doğma meydanda "Empoli"ni minimal hesabla üstələyib. Səfərdə "Sampdoriya" ilə qarşılaşan "Roma" da 3 xalı tək qolla qazanıb. "Udineze" isə "Kalyari" ilə ev oyununda darmadağına sevinib.
 
"Atalanta"nın qonağı olan "Napoli" A Seriyasında bu komanda ilə son iki görüşdə məğlub olmuşdu. Bu dəfə isə Neapol təmsilçisi qələbəyə sevinən tərəf olub.
 
Turun mərkəzi qarşılaşmasında "Yuventus"la "İnter" münasibətlərinə aydınlıq gətiriblər. Turin təmsilçisi A Seriyasında ardıcıl 4 oyundur qalib gəlirdi. "Neradzurra" isə son 4 matçda yalnız 1 dəfə meydanı 3 xalla tərk etmişdi. Amma bu görüş Milan təmsilçisinin minimalhesablı qələbəsiylə yekunlaşıb.
 
İtaliya A Seriyası
31-ci tur
 
2 aprel
 
Spetsiya – Venetsiya 1:0
Qol: Qyasi, 90+4.
 
Latsio – Sassuolo 2:1
Qol: Lazzari, 17. Saviç, 51 – Traore, 90+4.
 
Salernitana – Torino 0:1
Qol: Belotti, 18-pen.
 
3 aprel
 
Fiorentina – Empoli 1:0
Qol: N.Qonzales, 58.
 
Udineze – Kalyari 5:1
Qol: Bekao, 38. Beto, 45; 49; 73. Molina, 59 – J.Pedro, 32.
 
Atalanta – Napoli 1:3
Qol: De Ron, 58 – İnsinye, 14. Politano, 37. Elmas, 81.
 
Sampdoriya – Roma 0:1
Qol: Mxitaryan, 27.
 
Yuventus – İnter 0:1
Qol: H.çalhanoğlu, 45+4-pen.
 
4 aprel
 
20:30 Verona – Cenoa
22:45 Milan – Bolonya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest