Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasında oyun idarə edib. Matc.az xəbər verir ki, Ağayev Super Liqanın çempionluq qrupunun 3-cü turunda ötən gün keçirilən "Olimpiakos" – AEK matçının baş hakimi olub.
 
Azərbaycanlı referi 1:1 hesabı ilə başa çatan görüşdə hər komandadan bir futbolçuya sarı vərəqə göstərib.
 
Əliyar Ağayev 2019-cu ildən Yunanıstan Super Liqasının bəzi oyunlarına təyinat alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest