PSJ-nin müdafiəçisi Serxio Ramos Liqa 1-də "Loryan"la ev oyununda (5:1) 72-ci dəqiqədə meydana daxil olub. Matc.az xəbər verir ki, 36 yaşlı ispaniyalı futbolçu yanvarın 23-dən sonra ilk dəfə meydana çıxıb.
 
Yeri gəlmişkən, Paris klubunun azarkeşləri Ramosun topa hər toxunuşu zamanı onu fitə basıblar.
 
Serxio Ramos zədə səbəbindən bu mövsüm PSJ-də cəmi 6 oyun keçirib və 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest