"Keşlə" "Neftçi" ilə oyuna hazırlıqlarını davam etdirir. Matc.az xəbər verir ki, "Səbail"lə görüşdə futbolçularından narazı qalan baş məşqçi Tərlan Əhmədov komandaya "yeni qan" qatmağa qərar verib.

Bu məqsədlə birinci divizionda ilk "beşlik"də qərarlaşan "Keşlə 2"dən Qədir Bayramlı və Cavidan Qasımlı əsas heyətə cəlb edilib. Hazırda əsas komanda ilə məşq edən futbolçulardan Qədir Bayramlı qol duyumu ilə seçilir. O, ötən mövsüm "Neftçi"nin əvəzedici komandasının bombardiri olub. Qədir Bayramlı U-21-in üzvüdü və yeni baş məşqçisi Milan Obradoviç də ötən ay Antalyada keçirilən təlim-məşq toplanışına onu dəvət etmişdi.

Cavidan Qasımlı isə 19 yaşlılardan ibarət milli komandamızın üzvüdü və o da "Neftçi"nin əvəzedici komandasında məhsuldarlığı ilə seçilib. Gənc futbolçu sürəti və texnikası ilə böyük gələcək vəd etsə də, bu yay Qədir Bayramlı ilə birgə "Neftçi"ni tərk etməli olub.

Bu futbolçuların fevralın 10-da "Keşlə" ilə oyunda əsas heyətdə görsək təəccüblənmərik. çünki ilk növbədə potensialları buna imkan verir və "Səbail"lə qarşılaşmada göründü ki, əsas heyətdə oynamağa layiqdilər. Digər tərəfdən əvəzedici komandanın liderlərindən olduqları "Neftçi"də bu istedada qarşı layiq olduğu münasibət göstərilmədi. Məhz bu səbəbdən keçmiş komandalarına qarşı xüsusi hazırlaşa, daha da böyük ruhla çıxış edə bilərlər.

Qeyd edək ki, bu futbolçular mövsümün əvvəlində "Keşlə"yə keçibsə, "Səbail"lə oyunun iştirak ərizəsində olmuş 18 yaşlı Orxan Fərəcov Tərlan Əhmədovun gəlişindən sonra qış fasiləsində eyni marşrutla hərəkət edib. "Neftçi"nin əldən buraxdığı hər üç istedadlı futbolçu fevralın 10-da keçmiş komandalarına qarşı meydana çıxa bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest