İspaniyalı müdafiəçi Serxio Ramos PSJ-dən ayrılmaq niyyətində deyil. Matc.az "RMC Sport"a istinadən xəbər verir ki, Ramos bu ilin yayında Fransa klubundan ayrılmaq fikrində deyil.
 
O, azı daha bir mövsüm PSJ-də qalmaq istəyir.
 
Ramosun adı MLS klubları ilə hallanır.
 
Serxio Ramos 2021-ci ildə "Real"dan ayrılaraq, PSJ-yə keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest