06 Aprel 2022, 14:19
DÖYÜŞ NÖVLƏRİ
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandasının üzvləri Bəhruz Miryəyev (BC-4), Sona Ağayeva (BC-2) və Orxan Kərimov (BC-2) Xorvatiyanın Zaqreb şəhərində keçirilən "Intercontinental Challenger" çempionatında öz kateqoriyaları üzrə yarımfinala vəsiqə qazanıblar.
Matc.az xəbər verir ki, yarımfinalda idmançımız Bəhruz Miryəyev İspaniyadan olan rəqibi Vasile Agache, Sona Ağayeva italiyalı Claudia Tagra, Orxan Kərimov isə belçikalı Francis Rmbouts ilə qarşılaşacaq.
Yarıfinallara Bakı vaxtı ilə saat 16.30-da start veriləcək.
Qeyd edək ki, yarış Paris 2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.