08 Sentyabr 2026, 12:20
FUTBOL
Dünyanın bir nömrəli tennisçisi Yannik Sinnerə azarkeşlik etdiyi "Milan" klubunun rəhbərliyi tərəfindən xüsusi hədiyyə təqdim olunub.
Matc.az xəbər verir ki, italyan tennisçi A Seriyasının III turu çərçivəsində Turində keçirilən "Yuventus" – "Milan" (1:1) qarşılaşmasını tribunadan canlı izləyib.
Oyundan əvvəl "Milan"ın sahibi Cerri Kardinale tərəfindən ulduz idmançıya üzərində soyadı yazılmış 1 nömrəli rəsmi klub forması hədiyyə edilib.
Sinner qarşılaşmadan əvvəl meydançanın kənarında futbolçuların isinmə hərəkətlərini də yaxından izləyib.













