Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, komandamız Sarayevo şəhərindəki "Qrbaviça" stadionunda Bosniya və Herseqovina millisi ilə qarşılaşıb.

İngiltərədən olan hakimlər briqadası idarə etdiyi oyunun taleyini bir qol həll edib. Azərbaycan futbolçuları əlavə vaxtda buraxdıqları qol nəticəsində meydanı xalsız tərk ediblər.

Dç-2023-ün seçmə mərhələsi
E qrupu
7 aprel

Bosniya və Herseqovina – Azərbaycan 1:0
Qol: Milena Nikoliç, 90+4.
Hakimlər: Körsti Dovl, Melissa Börgin, Sofie Denninqton, Lisa Ben (İngiltərə).
Sarayevo. "Qrbaviça" stadionu.

Xal durumu: Danimarka – 18, Rusiya – 15, Monteneqro – 9, Bosniya və Herseqovina – 7, Malta – 4, Azərbaycan – 3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest