İngiltərə Premyer Liqasında XXVII turun bir oyunu keçirilib. Matc.az saytının məlumatına görə, turun görüşləri fevralın 22-24-ü aralığına salınsa da, "Mançester Siti" digərlərindən erkən meydana çıxmalı olub.
çünki "şəhərlilər" həmin vaxt İngiltərə Liqa Kubokunun finalında "çelsi" ilə üz-üzə gələcək.
Liverpuldakı qarşılaşmada hər hissənin sonunda bir qol vuran "Mançester Siti" bir neçə günlük də olsa, "Liverpul"la liderliyə şərik olub.
İngiltərə Premyer Liqası
XXVII tur
"Everton" - "Mançester Siti" - 0:2
Laporte, 45+2, Jezuş, 90+8