Futbol üzrə Türkiyə 1-ci liqasında 31-ci turun oyunları keçirilib.

Futbol üzrə Türkiyə 1-ci liqasında 31-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası "Bursaspor" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Kocaelispor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
 
Namik də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib. Komandasının 63-cü dəqiqədə vurduğu ikinci qolda məhsuldar ötürmə müəllifi də məhz Ələskərov olub.
 
"Bursaspor" 31 turdan sonra 31 xalla 19 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest