Coy-Lens həm də klub tarixinin Premyer Liqadakı ən məhsuldar futbolçusu adına şərik çıxıb. O, 9 qol vuran Deviçə çatıb. Serb əsilli ukraynalı 2018/19 mövsümündə 8, növbəti çempionatda 1 dəfə qola sevinib.

Premyer Liqanın XXII turu "Sabah" üçün yubiley və rekordlarla əlamətdar olub. "Zirə" ilə ev oyununda 3:1 hesabı ilə qalib gələn komanda ölkə çempionatının yüksək dəstəsində öz meydanında 50-ci qola imza atıb. Yubiley qolunu Lukas Rangel vurub. Paytaxt təmsilçisi daha iki topla bu rəqəmi 52-yə çatdırıb.
 
"Sabah"ın ikinci qolunun müəllifi Coy-Lens Mikels mövsümdə 9-cu qolunu vurub. O, klub tarixinə bir mövsümdə ən çox qol vuran futbolçu kimi düşüb. Mikels 2018/19 mövsümündə 8 dəfə fərqlənən Marko Deviçi arxada qoyub.
 
Coy-Lens həm də klub tarixinin Premyer Liqadakı ən məhsuldar futbolçusu adına şərik çıxıb. O, 9 qol vuran Deviçə çatıb. Serb əsilli ukraynalı 2018/19 mövsümündə 8, növbəti çempionatda 1 dəfə qola sevinib.
 
"Sabah" Premyer Liqada bir mövsümə topladığı xal sayında da yeni rekord vurub. ötən mövsümdə 29 xal yığan bakılıların aktivində artıq 32 xal var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest