11 Aprel 2022, 16:04
FUTBOL
İngiltərənin “Tottenhem” klubu itki ilə üzləşib. Matc.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London klubunun futbolçusu Mett Doherti mövsümü başa vurub.
İrlandiyalı müdafiəçi 32-ci turun “Aston Villa” ilə matçında zədələnib. O, 12 həftəyə yaxın yaşıl meydanlardan uzaq olacaq.
Dohertinin əməliyyat olunub-olunmayacağı dəqiq deyil. Amma futbolçu mövsümün sonunadək komandasına kömək edə bilməyəcək.
Mett Doherti cari mövsümdə 15 matçda 2 qol vurub.