"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatına namizədlərin adları açıqlanıb. Matc.az xəbər verir ki, siyahıya Madrid "Real"ının fransalı hücumçusu Kərim Benzema başçılıq edir. çempionlar Liqasında 82 qol vuran 34 yaşlı hücumçu bu turnirin tarixində 80-dən çox qol vuran dördüncü futbolçu olub.
 
İkinci yer "Bavariya"nın polşalı hücumçusu Robert Levandovskiyə məxsusdur. 
 
İlk "onluğ"a Məhəmməd Salah, Sadio Mane, Trent Alexander-Arnold ("Liverpul"), Kilian Mbappe (PSJ), Luka Modriç, Vinisius ("Real"), Kevin de Bruyne və Fil Foden ("Mançester Siti") daxildir.
 
Nəşrin tərtib etdiyi 20 oyunçudan ibarət siyahıda Lionel Messi (PSJ) və Kriştiano Ronaldonun  ("Mançester Yunayted") adı yoxdur.
 
ötən il "Qızıl top" mükafatını Lionel Messi qazanıb.
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest