Azərbaycan millisi ilk oyununda Farer adalarına 2:0 hesabı ilə qalib gəlsə də, ikinci matçında Maltaya 1:2 hesabıyla uduzub

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün sonuncu oyununu keçirib. Matc.az xəbər verir ki, millimiz Şimali İrlandiyada təşkil olunan qrup mərhələsinin son oyununda meydan sahibi komanda ilə üz-üzə gəlib.

Bakı vaxtı ilə saat 17:00-da başlayan oyunu Qazaxıstandan olan baş hakim idarə edib. Görüş meydan sahiblərinin xeyrinə bitib.

Xatırladaq ki, Azərbaycan millisi ilk oyununda Farer adalarına 2:0 hesabı ilə qalib gəlsə də, ikinci matçında Maltaya 1:2 hesabıyla uduzmuşdu.

Aç-2022-nin seçmə mərhələsi
B Liqası, 1-ci qrup
12 aprel

Azərbaycan – Şimali İrlandiya 0:1
Qol: Kora çambers, 34.
Hakimlər: Tatyana Sorokopudova, Nargis Magau (Qazaxıstan), Anni Koppel, Triinu Laos (Estoniya).
İnver Park. Larne.

Xal durumu: Şimali İrlandiya – 7, Malta – 7, Azərbaycan – 3, Farer adaları – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest