Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Vüsal Nəsirlinin Avropa Boks Konfederasiyasının (EUBC) Direktorlar Şurasına namizədliyi qeydə alınıb. Matc.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bunu qurumun Direktorlar Şurası təsdiqləyib.
 
EUBC aprelin 30-da keçiriləcək seçilər üçün namizədlərin tam siyahısını müəyyənləşdirib. Prezident postuna 4, Direktorlar Şurasına isə 15 namizədin adı siyahıya daxil edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest