12 Aprel 2022, 18:17
DÖYÜŞ NÖVLƏRİ
Parataekvondo üzrə Azərbaycan yığması qarşıdakı Avropa çempionatına hazırlığı davam etdirir. Matc.az xəbər verir ki, Bakıda startı verilən təlim-məşqlərin ikinci mərhələsi özbəkistan və Qazaxıstan millisi ilə bərabər keçiriləcək.
Daşkənd şəhərində təşkil olunan beynəlxalq təlim-məşlərdə komandamız beş idmançı ilə təmsil olunacaq. Baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərov heyətə Sabir Zeynalov, Sadiq Həmidov, İmaməddin Xəlilov, Əbülfəz Abuzərli və Röyalə Fətəliyevanı cəlb edib. Məşqlər aprelin 21-dək davam edəcək.
Avropa çempionatı 19-22 may tarixlərində Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək.