Gənclər və idman naziri Fərid Qayıbov aprelin 13-də UFC döyüşçüsü Rafael Fizievi qəbul edib. Matc.az xəbər verir ki, görüş zamanı Azərbaycan əsilli idmançını uğurlu karyerası münasibətilə təbrik edən nazir, Rafaelə bundan sonrakı döyüşlərində də uğurlar arzulayıb.
 
Qeyd olunub ki, son illərdə Azərbaycan idmançıları MMA döyüşlərində uğurla çıxış edirlər. Bu baxımdan idmançılar arasında birgə təlim-məşqlərin, master klasların keçirilməsi idman növünün inkişafı baxımndan önəmlidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest