Qazaxıstan "Turan"ında çalışan azərbaycanlı məşqçi Vaqif Cavadov klubdan ayrılıb

Qazaxıstan "Turan"ında çalışan azərbaycanlı məşqçi Vaqif Cavadov klubdan ayrılıb. Matc.az xəbər verir ki, bu haqda Türküstan təmsilçisindən məlumat verilib.
 
O, uğursuz nəticələrə görə bir neçə gün öncə istefaya göndərilən Vladimir Qazzayevin gedişindən sonra klubda qalmaq istəməyib.
 
Qeyd edək ki, "Turan"da Azərbaycan millisinin qapıçısı Emil Balayev çıxış edir. Lakin o, hələ bu komandada rəsmi debüt etməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest