UEFA 2022/23 mövsümündə Millətlər Liqasının final mərhələsinin oyunlarına ev sahibliyi etmək istəyən ölkələrin adlarını açıqlayıb. Matc.az xəbər verir ki, Belçika, Polşa, Niderland və Uels həlledici qarşılaşmaları qəbul etmək üçün Avropa futbol qurumuna rəsmi müraciət ünvanlayıb.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Yekun ərizələr bu il oktyabrın 5-dək UEFA-ya təqdim olunmalıdır.
 
Final görüşünə ev sahibliyi edəcək ölkənin adına 2023-cü ilin yanvarında aydınlıq gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest