Futbol üzrə Latviya çempionatında 6-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Asim Əlizadənin formasını geyindiyi "Dauqavpils" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Spartaks"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
 
Asim də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib. Azərbaycanlı futbolçu 35-ci dəqiqədə sarı vərəqə də alıb.
 
Altı turdan sonra 8 xalı olan "Dauqavpils" 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest