Futbol üzrə Slovakiya çempionatında cari mövsümün qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, "Slovan" pley-off mərhələsinin 6-cı turunda "Rujomberok"la heç-heçə edərək xalını 67-yə yüksəldib.
 
Bununla da, Bratislava təmsilçisi ən yaxın izləyicisi "Rujomberok"la xal fərqini 14-ə yüksəldib. Komanda çempionatın bitməsinə 3 tur qalmış çempionluğu rəsmiləşdirib.
 
"Slovan" ardıcıl 4-cü, ümumilikdə isə 24-cü dəfə ölkə çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest