Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 33-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası "SKA-Xabarovsk" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Lipetsk"lə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, 74-cü dəqiqədə meydana buraxılıb. Azərbaycanlı futbolçu meydana çıxdıqdan 5 dəqiqə sonra sarı vərəqə ilə də cəzalanıb.
 
"SKA-Xabarovsk"da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. O, bu görüşə start heyətdə başlayıb və 63-cü dəqiqədə əvəzlənib.
 
"SKA-Xabarovsk" 33 turdan sonra 56 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest