Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Xovatiya çempionatında 31-ci turun rəmzi komandasına seçilib. Matc.az xəbər verir ki, Zaqreb "Dinamo"sunun doğma meydanda "İstra"ya qarşı keçirdiyi oyunda (3:0) Mahirin çıxışı 7.7 xalla qiymətləndirilib.
 
Onunla yanaşı, komanda yoldaşı Mislav Orşiç də ən yaxşı "11-liy"ə düşüb.
 
Mahir "İstra" ilə görüşün 50-ci dəqiqəsində komandasının sonuncu qoluna imza atıb.
 
Yeri gəlmişkən, "Dinamo"nun sabiq baş məşqçisi Branko İvankoviç Emrelinin Zaqreb təmsilçisindəki çıxışını dəyərləndirib. 68 yaşlı mütəxəssis bildirib ki, 25 yaşlı hücumçu vurduğu qollarla komandanın qələbələrinə öz töhfəsini verir:
 
"Arsen Vengerin dedikləri yaxşı yadımdadır: hər oyunçuya - hətta o, ən yaxşı olsa belə - minimum 8-9 ay vaxt lazımdır. Emreli azarkeşlərin titul gözlədiyi kluba gəlib. O, "Riyeka" və "İstra" ilə matçlarda sonradan meydana daxil olaraq fərqlənib. Görünür, Emreli komandaya tez uyğunlaşdı. İlk qolu daha önəmli idi. çünki bundan sonra "Dinamo" geridönüş etdi".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest