Bu gün futzal üzrə Yüksək Liqada XX turun oyunları keçirilib. Matc.az xəbər verir ki, turun görüşləri Bakı İdman Sarayı baş tutub.

Bu gün futzal üzrə Yüksək Liqada XX turun oyunları keçirilib. Matc.az xəbər verir ki, turun görüşləri Bakı İdman Sarayı baş tutub.
 
Turun ilk matçında "Neftçi" ilə U-19 yığmamız qarşılaşıb. Səkkiz qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Xatırladaq ki, bu komandaların birinci dövrədəki matçı da "sülh"lə başa çatmışdı. 
 
Daha sonra "Alyans"la EKOL komandalarının qarşılaşması keçirilməli idi. Lakin "Alyans" komandası təyin oluna vaxtda meydana çıxmadığına görə, görüş baş tutmayıb. Nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək.
 
Turun son oyununu pley-off öncəsi komandaların məşqi kimi də dəyərləndirmək olar. çünki bu komandalar qızıl medal uğrunda yarışda da üz-üzə gələcəklər. "Araz"ın yeni transferi Dmitri Bondarev bu matçda debüt etmək imkanı qazanıb. Rusiyalı qolkiperin komandası onun debütünü qələbə ilə qeyd edib.
 
"Xilə" komandasına texniki məğlubiyyət verildiyinə görə, "Record"un aktivinə 3 xal yazılıb.
 
Yüksək Liqa
XX tur
22 aprel
 
Neftçi İK – U-19 4:4
Qollar: Vahid Xocayev, 1:20. Fərid Atakişiyev, 8:39; 18:44. Oqtay Rüstəmli, 28:11 - Əjdər Əjdərov, 12:40-öz qapısına. Şahmar Cəfərli, 33:23. Nurlan Məmmədov, 34:08. Məhəmməd Abbasov, 39:22.
Hakimlər: Knyaz Əmiraslanov, Nahid Xasıyev, Nail Nağıyev
Hakim-inspektor: Murad Məmmədov
Bakı İdman Sarayı. Saat 12:00
 
Alyans – EKOL (oyun baş tutmayıb)
Hakimlər: Ceyhun Hüseynov, Şakir Quliyev, Mahir Məmmədov
Hakim-inspektor: Elçin Səmədli
Bakı İdman Sarayı. Saat 14:00
 
Baku Fire – Araz (Naxçıvan) 2:6
Qollar: Elşən İbramxəlilov, 31:05; 38:48 - Xətai Bağırov, 10:28; 34:06. İsa Atayev, 12:00. Ramiz çovdarov, 15:03. Maneka, 30:34. Nihad İsmayılov, 34:25-öz qapısına.
Hakimlər: Əli Cəbrayılov, Xəlil Xəlilov, Rza Məmmədov
Hakim-inspektor: Mehman Mahmudov
22 aprel. Bakı İdman Sarayı. Saat 16:00.
 
Xal durumu: Araz – 55, EKOL – 43, Neftçi İK – 41, Baku Fire – 35, U-19 – 20, Record – 18, Alyans – 15, Xilə – 6.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest