Azərbaycan I Divizionunda 2021/22 mövsümünün qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, "Qaradağ Lökbatan" XXII turun oyunlarından sonra çempionluğu təmin edib. Bakı klubu öz meydanında "Zaqatala" üzərində qələbə qazanıb – 2:0.
 
Bununla da paytaxt təmsilçisi xallarının sayını 50-yə çatdırıb. Digər komandalar üçün əlçatmaz olan "Qaradağ Lökbatan" çempionatın sonuna 4 tur qalmış 1-ci yeri və qızıl medalları təmin edib.
 
Bu, klubun tarixində ikinci belə uğurdur. Bakılılar 2011/12 mövsümünün də qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest