Xorvatiya çempionatının 9-cu turundan təxirə salınmış "Hayduk" – "Dinamo" (Zaqreb) oyununda futbolçuların çıxışı dəyərləndirilib. Matc.az xəbər verir ki, "Sportske novosti" portalı Zaqreb təmsilçisində çıxış edən azərbaycanlı futbolçu Mahir Emreliyə 6 xal verib.
 
Komandada daha 7 oyunçu eyni qiymətə layiq görülüb. Amma portal Emrelini sözügedən matçda "Dinamo"nun ən yaxşı futbolçusu seçib.
 
Mahir "Hayduk"la oyunda iki dəfə qol vurmağa yaxın olub. Lakin sonda onun komandası meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest