Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Tondela"nın Portuqaliya kubokunun finalındakı rəqibi müəyyənləşib

Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Tondela"nın Portuqaliya kubokunun finalındakı rəqibi müəyyənləşib. Matc.az xəbər verir ki, "Tondela" həlledici oyunda "Portu" ilə qarşılaşacaq. "Portu" ötən gecə yarımfinalın cavab matçında "Sportinq"ə 1:0 hesabı ilə qalib gəlib. Komanda ilk oyunda da qələbə qazandığı üçün (2:1) finala yüksəlib.
 
"Tondela" ilə "Portu" arasında final görüşü mayın 22-də keçiriləcək. "Tondela" tarixində ilk dəfə finala yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest