Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, müzakirələrdən sonra AFFA-nın bayrağı altında keçirilən müxtəlif turnirlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub.
 
Futzal üzrə Yüksək Liqanın EKOL - "Araz" oyununda "Araz"ın futzalçısı Murilio Borgers Souza aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
Futzal üzrə Birinci Liqanın "Star Karqo" – PASO oyununda "Star Karqo"nun futzalçısı Mahir Əliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra texniki zonadakı oturacağı sındırdığına görə 2 oyun cəzalanıb. Vurulmuş zərər "Star Karqo" komandası tərəfindən kompensasiya edilməlidir. PASO-nun futzalçısı Telman Muxtarov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Xan Lənkaran" – "Baker Tilly" oyununda "Baker Tilly" komandasının futbolçusu Rəşad Səttərxanlı sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə İkinci Liqanın "Bibi Heybət" – "Timsport" oyununda "Timsport"un futzalçısı Şamxal Aslanov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Timsport"un digər futzalçısı Vasif Quliyev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyun cəzalanıb. "Timsport"un daha bir futzalçısı - Fərid Quliyev hakimlər briqadasını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
 
Region Liqasının "Babək" – "Batabat" oyununda "Batabat"ın futbolçusu Kamil Məhərrəmov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Region Liqasının "Araz" (Naxçıvan) – "Əlincə" (Culfa) oyununda "Əlincə" təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Region Liqasının "Sədərək" – "Batabat" (Şahbuz) oyununda "Sədərək" təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal üçüncü dəfə təkrarlanarsa, komandanın yarışlardan kənarlaşdırılacağı barədə xəbərdarlıq edilib.
 
Region Liqasının "Arpaçay" (Şərur)  – "Kəngərli" oyununda "Arpaçay"ın futbolçusu Rəsul Məhərrəmov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Gənclər Liqasının "Sumqayıt" – "Qəbələ" oyununda "Qəbələ"nin futbolçusu Murad Musayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının "Qəbələ" – "Neftçi" oyununda "Neftçi"nin baş məşqçisi Elman Sultanov texniki zona qaydalarını pozduğuna görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının "Sabah" – "Zirə" oyununda "Zirə"nin futbolçusu Kərim Babayev sonuncu ümid foluna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının "Keşlə" – "Səbail" oyununda "Keşlə"nin futbolçusu Rüstəm Əlizadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Səbail"in futbolçusu Ayxan Bədizadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Matçın 89-cu dəqiqəsində "Səbail"in digər futbolçusu Murad Zəkiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. "Səbail"in inzibatçısı Yaşar Qasımov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb. "Səbail" komandasının rəsmisi Mirbağır İsayev AFFA rəsmilərini təhqir etdiyi üçün 10 oyun stadiona girişinə qadağa qoyulub.
 
U-16 Liqasının "Səbail" – "Qarabağ" oyununda "Səbail"in məşqçisi Şöhrət Yusifov ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-15 Liqasının "Sabah" – "Neftçi" oyununda "Neftçi"nin məşqçisi Vasif Əliyev hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-14 Liqasının "Sabah" – "Keşlə" oyununda "Sabah"ın futbolçusu Ələsgər Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
U-13 Liqasının "Səbail" – "Vətən" oyununda "Səbail"in futbolçusu Hüseyn Hümbətov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-12 Liqasının "Neftçi" – "Vətən" oyununda "Neftçi"nin futbolçusu Arzu Məmmədli kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Vətən"in futbolçusu Seyfulla Nəbiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb.
 
U-12 Liqasının "Metak" – "Azart" oyununda "Metak"ın baş məşqçisi Mehman Səfərov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə Yüksək Liqanın "Alyans" – EKOL oyununda "Alyans" komandası təyin olunan vaxtda oyuna gəlmədiyi üçün komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest