Futzal üzrə Yüksək Liqada keçirilən 21-ci turla əsas mərhələyə yekun vurulub. Matc.az xəbər verir ki, turnir cədvəlinin ilk 4 pilləsində yer alan komandalar – "Araz", EKOL, "Neftçi" İK və "Baku Fire" – pley-off mərhələsinə mübarizəni davam etdirəcək.
 
Pley-off mərhələsinin ilk oyunları mayın 1-də Bakı İdman Sarayında keçiriləcək və CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
 
Əsasnaməyə uyğun olaraq, komandalardan biri 2 qələbə qazanana qədər seriya davam edəcək. Hər dueldə komandalardan biri mütləq qələbə qazanmalıdır. Əsas vaxtda bu mümkün olmazsa, hər biri 5 dəqiqədən ibarət əlavə iki hissə keçiriləcək. Bu dəfə də qalibin adı bilinməsə tərəflər penalti seriyasından istifadə edəcək.  
 
Yüksək Liqa
Yarımfinal oyunları
1 may
 
EKOL - Neftçi İK
12:00. Bakı İdman Sarayı.
 
Araz (Naxçıvan) – Baku Fire
14:45. Bakı İdman Sarayı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest