çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Mançester Siti" "Real"a qalib gəlib. Matc.az xəbər verir ki, "şəhərlilər"in qollarından birinin müəllifi Fil Foden olub.
 
Foden bununla çL-də vurduğu qolların sayını 9-a çatdırıb. çempionlar Liqasında İngiltərə komandalarının futbolçuları arasında bunu yalnız keçmiş hücumçu Ueyn Runi bacarıb. 22 yaşlı Foden cavab matçında daha bir qol vurmaqla bu baxımdan yeni rekorda imza ata bilər.
 
"Real"la "Mançester Siti" arasında cavab qarşılaşması mayın 4-də Madriddə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest