Məşhur futbol meneceri Mino Rayolanın öldüyünə dair mətbuatda yayılan xəbərlər təkzib olunub. Matc.az xəbər verir ki, bu barədə onun "Twitter" hesabında paylaşım edilib:
 
"Maraqlananlar üçün hazırkı sağlamlıq vəziyyətimin pis olmadığını bildirirəm, amma qəzəblənirəm! Son 4 ayda ikinci dəfə məni öldürdülər. Görünür, öldürdükləri kimi, diriltməyi də bacarırlar". 
 
Xatırladaq ki, bu gün İtaliya mətbuatı uzun müddətdir ağciyər xəstəliyindən əziyyət çəkən və hətta cərrahiyyə əməliyyatı keçirən Rayolanın öldüyünə dair xəbər yayıb. Daha sonra menecerin köməkçisi Rayolanın vəziyyətinin pisləşdiyini, lakin hələ də sağ olduğunu bildirib. Onun yatdığı xəstəxanadan da menecerin öldüyünə dair xəbəri təkzib ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest